Dünya
Bu ölkələr Türkiyəyə qarşı "B planı" hazırlayır: ABŞ-a yalvarırlar
Yunanıstan mətbuatı Türkiyənin ABŞ-dan qabaqcıl F-35 qırıcı təyyarələri almaq səyləri ilə bağlı məqalə dərc edib.
Publika.az xəbər verir ki, məqalədə Türkiyənin xüsusən də F-35-lərdən əldə edilən biliklərlə, bu təcrübəni yeni hava aktivlərinə, əsasən yerli istehsal olan KAAN qırıcı təyyarəsinə uğurla ötürə biləcəyi vurğulanıb.
Bildirilib ki, bu vəziyyət Yunanıstan və İsrail üçün böyük problem yaradacaq. Məqaləyə görə, Ankaranın F-35 alması sürətlə inkişaf edən müdafiə sənayesi ilə birlikdə Egey-Cənub-Şərqi Aralıq dənizindəki Türkiyə varlığını gücləndirəcək və Yunanıstanın F-35 almasını kölgədə qoyacaq.
Məqalədə qeyd olunub ki, İsrail və Cənubi Kipr bu satışın qarşısını almaq üçün hökumət səviyyəsində və həmçinin Yunan-Amerika-İsrail lobbisi vasitəsilə səy göstərməli, ABŞ-la ciddi danışıqlar aparlamlıdır. Əgər bu mümkün olmasa, Türkiyənin bu təyyarələri Yunanıstana qarşı istifadə etməyəcəyinə dair ən azı təhlükəsizlik zəmanəti verilməlidir və Türkiyənin F-35 proqramına yenidən inteqrasiya olunacağı təqdirdə Afina təcili olaraq "B planı" hazırlamalıdır.
"B planı"nın bir hissəsi olaraq, ABŞ-dan və ya İsrail kimi digər müttəfiq ölkədən dərhal bərabər sayda F-35 qırıcı təyyarəsi çatdırılmalı və pilotların bu qırıcı təyyarələrdə təlim keçmək üçün dərhal ABŞ-a və ya İsrailə göndərilməli olduğu qeyd olunub.
Roza
-
İdman06:46“Satqın” ərinin FOTOSUNU paylaşdı - Bütün Ukrayna qəzəbləndi
-
Magazin106:16Ülviyyə Vəfanın yalan danışdığını iddia etdi
-
Dünya05:45Tayvanın qələmini bu lider QIRACAQ
-
Sosial04:44105 yaşlı Nazxanım nənə VƏFT ETDİ
-
Səhiyyə02:42Yayılan virusa görə məktəblər bağlana bilər? - MÜTDA-dan AÇIQLAMA
-
Region02:12SON DƏQİQƏ: Etirazçılar SEPAH-ın binasını yandırdılar
-
Sosial01:30Bakıda yaşayış binasında YANĞIN: Ağır xəsarət alan var - VİDEO/YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalan həqiqətlər üzə çıxacaq















.jpg)















