Dünya
Tramp bu tarixdə Qəzza Sülh Komitəsini elan edəcək - Hansı ölkələr var?
ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəs planının ikinci mərhələsinin bir hissəsi olaraq "Qəzza Sülh Komitəsi"ni gələn həftə elan edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Axios" saytı məlumat yayıb.
Sayta danışan amerikalı rəsmilər Trampın gələn həftə "Qəzza Sülh Komitəsi"ni elan edəcəyini və komitəyə təxminən 15 ölkənin liderinin daxil olacağını iddia ediblər.
Rəsmilər bu strukturun "Fələstin texnokratik hökumətinin yaradılmasına və yenidənqurma prosesinə" nəzarət edəcəyini və komitədə iştirak etmək üçün mühüm ölkələrin dəvət edildiyini bildiriblər. Məlumata görə, şurada iştirak etməsi gözlənilən ölkələr arasında Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə var.
Lakin rəsmilər xəbərdarlıq ediblər ki, plan Venesuela və Rusiya-Ukrayna münaqişəsi kimi məsələlərin inkişafından asılı olaraq dəyişə bilər.
Roza
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI































