Dünya
Pəhləvi buna görə Trampa təşəkkür etdi
İranın keçmiş şahının oğlu Rza Pəhləvi ABŞ prezidenti Donald Trampın İran rejimi ilə bağlı açıqlamalarına təşəkkürlə cavab verib.
Publika.az xəbər verir ki, Pəhləvi bununla bağlı "X" hesabında paylaşım edib.
O, İranda davam edən etiraz aksiyaları ilə bağlı fikir bildirib: "Bu gecə milyonlarla iranlı azadlıqları uğrunda ayağa qalxdı. İran rejiminin cavabı isə bütün rabitə xətlərini kəsmək idi".
Pəhləvi Donald Trapma aksiyalara verdiyi dəstəyə görə təşəkkür edib:
"Trampa azad dünyanın lideri kimi bu rejimin məsuliyyətə cəlb edilməsinin vacibliyini bir daha vurğuladığı üçün təşəkkür edirəm. İndi Avropa liderləri də daxil olmaqla, digərləri onun izi ilə getməli, sükutlarını pozmalı və İran xalqını dəstəkləmək üçün daha qətiyyətli hərəkət etməlidirlər. Bütün dünya liderlərini İran xalqının səsinin eşidilməsi və iradəsinin görünməsi üçün mövcud texniki, maliyyə və diplomatik vasitələrdən istifadə edərək İran xalqı ilə əlaqəni bərpa etməyə çağırıram. Cəsur vətəndaşlarımın səsinin susdurulmasına imkan verməyin".
Qeyd edək ki, ABŞ lideri etirazçıların öldürüldüyü halda İran hökümətinə zərbələr endirəcəklərini bəyan etmişdi.
Roza
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ













.jpg)


















