Dünya
İrandan Trampa mesaj: Etdiyiniz səhvi təkrarlamayın
İranın xarici işlər naziri Abbas Əraqçi İrandakı hökumət əleyhinə etirazlarla bağlı Amerika mətbuatına açıqlama verib.
Publika.az xəbər verir ki, Əraqçi Vaşinqtona İranın diplomatiyaya hazır olduğu mesajını verib.
O, terrorçu elementlərin ABŞ-ı müharibəyə cəlb etmək üçün nümayişlərdə atəş açaraq ölənlərin sayını artırmaq istədiyini iddia edib: "Bu, tam olaraq İsrailin planıdır. Onlar ABŞ prezidentini bu münaqişəyə cəlb etmək istəyirlər. Buna görə də sadə insanları, polis məmurlarını öldürməklə və müxtəlif şəhərlərdə bir növ münaqişə başlatmaqla ölənlərin sayını artırmağa başladılar".
Əraqçi ABŞ prezidenti Donald Trampa mesaj ünvanlayıb: "Mesajım budur ki, iyun ayında etdiyiniz səhvi təkrarlamayın. Bilirsiniz, uğursuz bir təcrübəyə cəhd etsəniz, eyni nəticəni alarsınız. İran danışıqlara, diplomatiyaya hazır olduğunu sübut etdi. ABŞ ilə müsbət təcrübəmiz olmasa da, diplomatiya müharibədən daha yaxşıdır."
Roza
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
































