Formula 1
Makqreqorun qayıdışı fonunda həyəcan təbili çaldılar: Bu video onları niyə qorxudub?
UFC ulduzu Konor Makqreqor mümkün qayıdışı ilə yenidən diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, irlandiyalı döyüşçünün yeni məşq videosu azarkeşlər arasında birmənalı qarşılanmayıb.
37 yaşlı idmançı sosial şəbəkədə ağır kisə ilə işlədiyi, zərbə seriyaları və kombinasiyalar nümayiş etdirdiyi görüntülər paylaşıb. Videoya əlavə etdiyi qısa, lakin diqqətçəkən şərh belə olub: “Zəhmət olmasa, cənab”.
Bəzi azarkeşlər əfsanənin məşqlərə qayıtmasından ruhlansa da, digərləri onun fiziki vəziyyəti ilə bağlı narahatlıqlarını gizlətməyib. Şərhlərdə Makqreqorun formasına və uzun fasilədən sonra ciddi döyüşə hazır olub-olmamasına dair şübhələr səsləndirilib.
Xatırladaq ki, Makqreqor sonuncu dəfə 2021-ci ildə oktaqona çıxıb. O zaman Dastin Puaryeyə qarşı döyüşdə ağır zədə alaraq ayağını sındırmışdı. Həmin vaxtdan bəri onun qayıdışı dəfələrlə təxirə salınıb.
İrlandiyalının 2024-cü ildə Maykl Çendlerə qarşı döyüş keçirəcəyi gözlənilsə də, ayaq barmağındakı zədə səbəbindən bu plan baş tutmamışdı. Hazırda isə onun geri dönüşünün iyul ayında keçiriləcək UFC 329 turnirində reallaşacağı ehtimal olunur.
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin






































