BMT-dən dünyaya: İran istənilən təcavüz aktına cavab verəcək
Bizi izləyin

Dünya

BMT-dən dünyaya: İran istənilən təcavüz aktına cavab verəcək

İran gərginliyin artmasına çalışmır, lakin istənilən təcavüz aktına qətiyyətlə cavab verəcək.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsinin müavini Qulamhüseyn Dərzi bildirib.

"İran gərginlik və ya qarşıdurma axtarmır. Lakin birbaşa və ya dolayı yolla istənilən təcavüz aktı BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qətiyyətli, mütənasib və qanuni cavabla qarşılanacaq. Bu, təhdid deyil, hüquqi reallığın ifadəsidir", - deyə iranlı diplomat BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

O deyib ki, bütün nəticələrə görə məsuliyyət tamamilə bu cür qanunsuz hərəkətlərə başlayanların üzərində olacaq.

Qeyd edək ki, BMT Nizamnaməsinin 51-ci maddəsi, hər bir üzv dövlətin silahlı hücum baş verdikdə müstəqil və ya kollektiv müdafiə hüququnu təsbit edir və bu hüquq Təhlükəsizlik Şurasının lazımi tədbirlər görməsinə mane olmur.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm