"Beşiktaş" "Real"ın ulduzunu hədəfə aldı
Bizi izləyin

İdman

"Beşiktaş" "Real"ın ulduzunu hədəfə aldı

"Beşiktaş" gələn yay üçün "Real"ın mərkəz müdafiəçisi David Alabanı potensial transfer hədəfi kimi müəyyən edib.

Publika.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.

Türkiyə klubu avstriyalı müdafiəçi ilə əvvəlcədən razılaşma əldə etmək səylərini sürətləndirir. Mövsüm sonunda Alabanın müqaviləsi bitəcək və klub bu ay danışıqları yekunlaşdırmaqla "Fiorentina" və "Nyu-York Siti" kimi maraqlanan komandaları qabaqlamaq istəyir.

33 yaşlı oyunçu Madriddə əsas heyətdə yer ala bilmir, tez-tez baş verən zədələr onun çıxışına mane olur. "Los Blankos" onun müqaviləsini uzatmağı planlaşdırmır.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm