Avropa
Bu ölkə dizə qədər borca batıb: İndi də qaytara bilmir - Almaniyadan İDDİA
Avropa şirkətləri Ukrayna şirkətlərindən borcları yığmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" qəzeti məlumat yayıb.
Bildirilir ki, Ukrayna şirkətlərinin milyardlarla istiqraz öhdəliyi var. İndiyə qədər kreditorlar müharibə şəraitində şirkətlərin likvidliyini qorumaq üçün ödəniş müddətlərinin təxirə salınması və uzadılması barədə razılığa gəliblər. Lakin indi vəziyyət dəyişir.
Nəşr iddia edir ki, kreditorlar indiyə qədər səxavətli olublar, amma bu, tezliklə dəyişə bilər.
Başqa bir iddiaya görə, Ukrayna müəssisələri faktiki olaraq borclarını ödəyə bilmirlər. Şirkətlər təxminən üç milyard avro borc ödəmələri ilə üzləşiblər. Onlar çətin vəziyyətdədirlər və faiz ödənişlərini təxirə salmaqla, kreditləri uzatmaqla yükü azaltmağa çalışırlar.
Qəzet Ukraynanın bir dövlət olaraq borc öhdəlikləri ilə bağlı problemlər yaşadığını da iddia edir. Qeyd olunur ki, ölkə əvvəllər alınan kredit üzrə Beynəlxalq Valyuta Fonduna son ödənişini vaxtında edə bilməyib. Məlumata görə, Kiyev qarşıdakı aylarda daha bir neçə ödənişlə üzləşəcək ki, bu da büdcəyə düşən yükü daha da artıracaq.
Adəm
-
Elm və təhsil04:30Qabiliyyət imtahanları ilə bağlı diqqətçəkən statistika - 6209 nəfər imtahana gəlməyib
-
Hadisə02:19Dəhşətli qəzada həlak olan AAYDA əməkdaşının fotosu
-
Qoroskop01:20Günün ulduz falı: Keçmişlə bağlı mövzular yenidən gündəmə gələcək
-
Ekologiya00:27Günəş tutulması başa çatdı - Yeniləndi
-
Hadisə12 Avqust 22:04Bakıda avtobus yandı - Video
-
Hadisə12 Avqust 21:39AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Foto
-
Hadisə12 Avqust 21:26Xocavənddə buldozer minaya düşdü: yaralılar var - Yeniləndi
-
Maraq dünyası12 Avqust 17:48Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...





































