Dünya
Qrenlandiyanın ələ keçirilməsi Aİ-nin zəifliyini nümayiş etdirəcək - Polyanski
Avropa İttifaqı (Aİ) Qrenlandiyanın hərbi yolla ələ keçirilməsi halında, çox güman ki, zəifliyini və prinsipsizliyini nümayiş etdirəcək.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu fikri Rusiyanın ATƏT-dəki yeni daimi nümayəndəsi Dmitri Polyanski bildirib.
Onun sözlərinə görə, ada ətrafındakı gərgin vəziyyət son dərəcə çirkindir və Avropa ölkələrinin prinsiplərini ciddi şəkildə sarsıdır.
"Avropa İttifaqının güc tətbiq olunacağı təqdirdə lazım olduğu kimi hərəkət edəcəyini təsəvvür etməkdə çətinlik çəkirəm. Çox güman ki, bu, bir daha Avropa İttifaqının zəifliyini və prinsipsizliyini nümayiş etdirəcək", - Polyanski deyib.
Xatırladaq ki, ABŞ ada dövlətini ilhaq etmək planından əl çəkməyib.
Adəm
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu



































