Suriya prezidenti buna görə Putinə təşəkkür etdi
Bizi izləyin

Dünya

Suriya prezidenti buna görə Putinə təşəkkür etdi

Xəbər verdiyimiz kimi, dünən Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa Rusiyaya rəsmi səfəri zamanı Kremldə Vladimir Putinlə görüşüb.

Publika.az xəbər verir ki, görüş zamanı Rusiya lideri Suriyaya dəstəyini vurğulayıb.

"Rusiya həmişə Suriyanın ərazi bütövlüyünü dəstəkləyib və onun bərpasını alqışlayır", - Putin qeyd edib.

O, həmçinin suriyalı həmkarını Fəratın şərqindəki hadisələr münasibətilə təbrik edib.

Əl Şaraa Putinə Rusiyanın Suriya və regionun sabitləşməsinə verdiyi töhfələrə görə təşəkkür edib:

"Ən böyük problem Suriya ərazisinin birləşdirilməsidir. Biz bu məsələ ilə keçən ildən bəri məşğuluq. Rusiya Suriyada və regionda vəziyyətin yaxşılaşdırılmasında mühüm rol oynayır. Bölgəmizin sabitliyə çox ehtiyacı var. Bu məsələ ilə bağlı təşəbbüslərinizə görə minnətdaram".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm