Region
Ərdoğandan Trampa şok təklif: İran xilas olacaq?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib.
Publika.az xəbər verir ki, Türkiyənin "Hürriyet" qəzetinin məlumatına görə, Ərdoğan təklifi 27 yanvarda ABŞ prezidenti ilə telefon danışığı zamanı açıqlayıb. Türkiyə lideri ABŞ, İran və Türkiyə arasında, ehtimal ki, videokonfrans vasitəsilə zirvə görüşünün keçirilməsinə çağırıb.
Qəzetin köşə yazarı Hande Fırat yazır: “Məlumatlara görə, Tramp Ərdoğanın təklifinə müsbət yanaşır”.
Qəzet həmçinin İranın xarici işlər naziri Abbas Əraqçının bu həftə həmkarı Hakan Fidan ilə danışıqlar aparmaq üçün Türkiyəyə səfər edəcəyini bildirib, lakin konkret tarix hələ açıqlanmayıb.
Türkiyə və İranın xarici işlər nazirləri sonuncu dəfə yanvarın 28-də telefonla danışıblar və İran ətrafındakı son hadisələri, bölgədəki gərginliyin azaldılması səylərini müzakirə ediblər.
Tural
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU





































