Dünya
Epşteyndən hamilə olduğu iddia edilən şahzadə sükutu pozdu: Utanıram
Epşteyn sənədlərində dəfələrlə adına rast gəlinən Norveç Vəliəhdi Mette-Marit sükutu pozub.
Publika.az xəbər verir ki, ABŞ-da ictimaiyyətə açıqlanan milyonlarla səhifəlik Ceffri Epşteyn sənədləri ikili arasındakı münasibətləri yenidən xarici mətbuatın gündəminə gətirib.
Təhlillərə görə, Mette-Marit ilə Epşteyn arasındakı münasibət ilk dəfə 2019-cu ildə ortaya çıxıb. O dövrdə Norveç mediası Mette-Maritin 2011-2013-cü illər arasında Epşteyn ilə bir neçə dəfə görüşdüyünü və onun 2008-ci ildə yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlərdə məhkum edilməsinə baxmayaraq əlaqənin davam etdirdiyini yazmışdı.
2026-cı ildə dərc olunan yeni Epşteyn sənədləri münasibətlərin əvvəllər düşünüləndən daha geniş olduğunu ortaya qoyub. Fayllarda Mette-Marit ilə Epşteyn arasında yüzlərlə elektron poçt mübadiləsi var və məlumatlar göstərir ki, şahzadə Epşteynin Palm Biçdəki evini ziyarət edib və orada ən azı dörd gün qalıb. Hətta bəzi sənədlərdə şahzadənin bir vaxtlar Epşteynin uşağına hamilə olduğu iddiaları da yer alır.
Sözügedən iddialar yayılmağa davam edərkən o, məsələ ilə bağlı açıqlama verib.
"Mən səhv qərar verdim və Epşteynlə hər hansı bir əlaqədə olduğum üçün dərindən peşmanam. Bu utancvericidir. Epşteynin keçmişini daha ətraflı araşdırmadığım və onun necə bir insan olduğunu tez bir zamanda anlamadığım üçün məsuliyyəti öz üzərimə götürürəm", - deyə o bildirib.
Roza
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var








.jpg)






















