Dünya
Epşteyn qurbanlarını bu şəhərdə axtarırmış: Uçuş İstanbul və Moskva üzərindən olurmuş
Ceffri Epşteyn mütəmadi olaraq ukraynalı qadınlar arasında yeni qurbanlar axtarırnış. Onun qurbanları arasında Odessadan olan qadınlara xüsusilə çox rast gəlinib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilmiş arxiv materiallarında bildirilir.
Xüsusilə, Epsteyn dəfələrlə köməkçisi Lesli Qrofdan Parisdə baş tutan görüşlər üçün ona "yoldaşlar" tapmasını xahiş edib.
Məsələn, 2018-ci ilin sentyabr ayında o, 20 yaşlı Odessa sakini Olqa Z. üçün, eləcə də adları açıqlanmayan digər qızlar üçün bilet sifariş edib.
Yazışmalarda pasport məlumatları, Moskva və ya İstanbul üzərindən uçuş marşrutları və qalma müddəti yer alır. Sosial mediadan fotoşəkillər və ekran görüntüləri tez-tez formalara əlavə olunurdu.
Lesli Qroff iş elektron poçtlarından birində yazıb: "Zəhmət olmasa, hər bir qızla tarixləri və saatları ikiqat yoxlayın və Ceffrinin istədiyinin mövcud olduğundan əmin olun".
Lakin əvvəlki elektron poçtlarda göstərilir ki, 2012-ci ildə Epşteyn Ukraynadan olan qızlarla işləməkdən çəkinirdi və onların "arıq göründüklərinə" inanırdı.
Maliyyəçinin adı açıqlanmayan köməkçisi həmkarlarına yazırdı: "Ukraynaya səfərimi ləğv etdim. Moda həftəsində olsam da, orada bir dənə də olsun gözəl qız görmədim. Ceffriyə dedim ki, obyektiv desək, Ukraynadan tanış olduğumuz bütün qızlar arıq görünürdülər".
Tural
-
İdman11:12AFFA-nın yeni qərarı faydalı olacaq? - Komandalar arasında böyük uçurum var
-
Nida Xəbər 09:33DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi
-
MDB09:06Kiyevə kütləvi hücum başladı: Rusiya “İsgəndər”lə vurur
-
Dünya09:00Rusiya təhlükəsi: Bu ölkə qırıcılarını havaya qaldırdı
-
Səhiyyə08:24Azərbaycanda insanlara heyvan orqanları köçürüləcək? - AÇIQLAMA
-
İdman07:55“Qızıl top”un sahibi Benzema “Əl-Hilal” klubunda
-
Kriminal06:16Baltalanan yeniyetmələrin anası fəryad etdi: Ən ağır cəzanı istəyirəm!
-
Dünya03:43Kəbənin örtüyü Epşteynə göndərilibmiş


































