Dünya
Qəddafinin oğlunun son mesajı bu oldu
Sosial mediada Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin səs yazıları yayılıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, səs yazıları Seyf əl-İslamın qardaşı oğlu Əhməd tərəfindən paylaşılıb. Sözügedən səs yazısında Seyf əl-İslam 2011-ci ildə baş verən “Ərəb baharı” hadisələrindən sonra ölkə daxilində aparılan siyasəti tənqid edir.
“Minlərlə qurban, 500 milyard dollar itki, bütün bu dağıntılar, yetimlər və dullar olmamışdan əvvəl biz xəbərdarlıq etməmişdikmi?”, - deyə o söyləyib.
Seyf əl-İslam həmçinin qeyd edib ki, Liviyanı liviyalıların özləri yox, başqa dövlətlərin səfirləri və onların təyin etdikləri şəxslər idarə edir.
Qeyd edək ki, Seyf əl-İslam Qəddafi ölkənin qərbində Əz-Zintan şəhərində silahlı hücumda öldürülüb.
Roza
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto








.jpg)





















