Dünya
Ərdoğandan İranla bağlı bəyanat: ABŞ-ın müdaxiləsinə qarşıyıq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misir səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.
Publika.az xəbər verir ki, regional məsələlərə toxunan Ərdoğan Türkiyənin İrana qarşı bütün mümkün hərbi müdaxilələrin əleyhinə olduğunu bildirib.
"Bölgəni yeni münaqişəyə və xaosa sürükləmədən ABŞ ilə İran arasındakı gərginliyi azaltmaq üçün əlimizdən gələni edirik. İrana hərbi müdaxilənin əleyhinə olduğumuzu açıq şəkildə bildirdik və bunu həmkarlarımıza çatdırdıq. İndiyə qədər hər iki tərəfin diplomatiyaya qapı açmaq istədiyini görürəm.
Bu, müsbət bir inkişafdır. Problemlərin həlli münaqişə deyil, ortaq zəmində görüşmək və danışıqlar aparmaqdır. Zəmin hələ də dialoq və diplomatiya üçün açıqdır. Həm liderlər diplomatiyası, həm də digər səviyyələrdə görüşlər vasitəsilə danışıqlar zəminini gücləndirmək üçün çalışacağıq", - deyə Türkiyə lideri qeyd edib.
Roza
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var








.jpg)






















