Günəşdə bir gündə 30-a yaxın partlayış baş verdi
Bizi izləyin

Dünya

Günəşdə bir gündə 30-a yaxın partlayış baş verdi

Fevralın 5-də Günəşdə gücünə görə sondan əvvəlki sinfə aid olan on partlayış qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, gün ərzində "M" sinfinə məxsus 10 və "C" sinfinə məxsus 14 partlayış baş verib. Bu hadisələrin bir hissəsi 4362 saylı ləkələr qrupunda müşahidə edilib, halbuki əvvəlki aktivlik 4366 saylı qrupda qeydə alınıb.

Günəş partlayışları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

Alimlər bildirirlər ki, fevralın 1-də baş verən alışmaların sayı son 10 ilin ən yüksək ikinci göstəricisi olub. Həmin gün günorta saatlarında ən yüksək "X" sinfinə aid güclü apartılayış qeydə alınsa da, mütəxəssislər bunun Yer kürəsinə ciddi təsir göstərməyəcəyini vurğulayıblar. Buna səbəb aktiv sahənin Yer-Günəş xəttindən uzaqda yerləşməsidir. Bununla belə, yaxın vaxtlarda yeni güclü hadisələrin baş vermə ehtimalı yüksək olaraq qalır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm