Ronaldodan şok qərar - Bu baş verməsə...
Bizi izləyin

İdman

Ronaldodan şok qərar - Bu baş verməsə...

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo ölkə çempionatının növbəti oyununda iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

O bildirib ki, futbolçunun komanda daxilində və ya rəhbərliklə hər hansı münaqişəsi yoxdur, lakin tələbləri yerinə yetirilməsə, o, 2026-cı ilin yayında rəsmi olaraq transferini istəyə bilər.

Mətbuatda yayılan xəbərlərə görə, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun klubu idarəetmə formasından narazıdır. Ronaldo hesab edir ki, fond onun komandasına, xüsusən də "Əl-Hilal"la müqayisədə daha az diqqət və resurs ayırır. Kapitan bu siyasətə etiraz olaraq fevralın 2-də keçirilən "Əl-Riyad"la matçda meydana çıxmaqdan imtina edib. Bu hadisə oyunçunun "Əl-Nəsr"i tərk edə biləcəyi barədə xəbərlərin yayılmasına səbəb olub.

Xatırladaq ki, Ronaldo milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri, həmçinin rəsmi oyunlarda 900 qol həddinə çatan ilk futbolçudur.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm