Dünya
Takaiçi qələbəsini açıqladı - Trampdan dəstək gəldi
Dünən Yaponiyada keçirilən növbədənkənar ümumi seçkilərin qalibi Yaponiya Baş naziri Sanae Takaiçinin lideri olduğu Liberal Demokrat Partiyası (LDP) olub.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, LDP Milli Assambleyanın aşağı palatası olan Nümayəndələr Palatasında 465 yerdən 316-sını qazanaraq tarixi bir uğura imza atıb.
Takaiçi seçki nəticələri açıqlandıqdan sonra seçki kampaniyası vədlərini xatırladıb: "Verdiyimiz vədləri ardıcıl olaraq yerinə yetirmək üçün son dərəcə ağır bir məsuliyyət daşıyırıq".
Qələbədən sonra ABŞ prezidenti Donald Tramp sosial media hesabında paylaşım edərək Yaponiya Baş nazirini təbrik edib.
"Sanae Takaiçi və onun koalisiyasını bu çox vacib seçkilərdəki böyük qələbələri münasibətilə təbrik edirəm. Bu qədər böyük həvəslə səs verən gözəl Yaponiya xalqı həmişə mənim güclü dəstəyimi alacaq. Onun partiyası hazırda qanunverici orqanı idarə edir və İkinci Dünya Müharibəsindən bəri ilk dəfə tarixi üçdə iki səs çoxluğuna malikdir", - deyə o qeyd edib.
Roza
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto







.jpg)






















