Dünya
Epşteynin sənədlərində şokedici detallar - İntihar, yoxsa sui-qəsd?
ABŞ-da yayımlanan yeni sənədlər Ceffri Epşteynin ölümü ilə bağlı ciddi ziddiyyətləri üzə çıxarıb.
Publika.az xəbər verir ki, sənədlərə əsasən, Manhetten Prokurorluğuna aid 9 avqust 2019-cu il tarixli bəyanatda Epşteynin kamerasında huşsuz tapıldığı və qısa müddət sonra öldüyü qeyd olunub.
Halbuki rəsmi açıqlamada onun 10 avqust səhər saat 6:30-da kamerasında asılı vəziyyətdə tapıldığı bildirilib.
Diqqətçəkən məqam isə 9 avqust tarixli sənədlərdə “intihar” ifadəsinin yer almamasıdır. Bu isə ölüm tarixinin əvvəlcədən hazırlanması ilə bağlı şübhələri gücləndirib.
Rəsmi məlumatlara görə, Epşteyn 10 avqust səhəri həbsxana əməkdaşları tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb və həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Nyu-York Tibbi Ekspertiza İdarəsi onun asılaraq intihar etdiyini açıqlayıb.
Yeni sənədlərdə həmçinin hadisə gecəsi təhlükəsizlik kameralarında qeydə alınan “itkin dəqiqələr” və həbsxana mərtəbəsində görünən naməlum narıncı siluetlə bağlı FTB-nin təhlil qeydləri də yer alıb.
Bütün bu ziddiyyətlər Epşteynin ölümü ilə bağlı sui-qəsd ehtimallarını yenidən gündəmə gətirib.
Roza
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
































