Şimali Koreya liderindən Pezeşkiana dəstək mesajı
Bizi izləyin

Dünya

Şimali Koreya liderindən Pezeşkiana dəstək mesajı

Şimali Koreya lideri Kim Çen In İran İnqilabının 47-ci ildönümü münasibətilə İran prezidenti Məsud Pezeşkiana təbrik mesajı göndərib.

Publika.az xəbər verir ki, bu barədə Şimali Koreya administrasiyası məlumat yayıb.

Bildirilib ki, Kim mesajında ​​İran hökumətinə və xalqına xoş arzularını çatdırıb, iki ölkə arasında dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsinə ümid etdiyini vurğulayıb.

"Xalqınıza milli suverenliyi müdafiə etmək uğrunda mübarizəsində uğurlar arzulayıram", - deyə o qeyd edib.

Şimali Koreya liderinin rəsmi Tehrana dəstək mesajının ABŞ-ın İranla nüvə danışıqları apardığı və hücum təhdidlərini davam etdirdiyi bir vaxta təsadüf etməsi diqqət çəkib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm