İdman
Ulduz futbolçunun cazibədar həyat yoldaşı: Həmin səfərdən ona görə narazı qalmışdı - FOTOLAR
Yanvarın əvvəlində Səudiyyə Ərəbistanında İspaniya Superkuboku keçirildi və turnir ərəfəsində ən sərt açıqlamalardan birini "Atletik"in ulduzu İnyaki Uilyams verdi.
“Açığını desəm, Səudiyyə Ərəbistanında oynamaq, yumşaq desək, xoş deyil. Bizim çoxlu azarkeşimiz var və elə bil ki, səfər oyununa çıxırıq. Halbuki turnir ölkə daxilində keçirilsəydi, “Atletik”in neçə min azarkeşi bizi dəstəkləməyə gələrdi”, – deyə Bilbao klubunun hücumçusu bildirib.
Futbolçunu anlamaq çətin deyil. Həmin vaxt onun həyat yoldaşı doğuş ərəfəsində idi və Uilyams təxminən bir həftəlik Ərəbistan yarımadasına yollanmalı olmuşdu.

“Bir neçə günə ata olacağam və həyat yoldaşımı, oğlumu tək qoymaq mənim üçün çox çətindir”, – deyə futbolçu narazılığının əsas səbəbini izah etmişdi.
Yanvarın 1-də Patrisiya Morales və İnyakinin ilk övladı dünyaya gəldi. Körpəyə Niko adı verildi. Ad seçiminin təsadüfi olmadığı ehtimal olunur. Hücumçunun qardaşı və komanda yoldaşı Niko Uilyamsın şərəfinə bu adın verildiyi düşünülür.

“Xoş gəldin bu dünyaya, Niko! Ailəmiz böyüyür, qəlbimiz isə böyük sevgi ilə doldu”, – deyə Patrisiya sosial şəbəkədə yazıb.
İnyaki və Patrisiya ən azı 9 ildir birlikdədirlər. 2017-ci ildə futbolçu ilk dəfə sevgilisi ilə fotosunu paylaşmışdı. 2024-cü ilin iyunun 1-də cütlük Bilbao yaxınlığındakı şəxsi malikanədə toy edib. Mərasimdə İnigo Martinez və Unai Lopes də daxil olmaqla Uilyamsın komanda yoldaşları iştirak ediblər. Qardaşı Niko isə Almaniyada keçirilən və İspaniyanın qalib olduğu Avropa çempionatına hazırlıq üçün keçirilən təlim-məqş toplanışından məhz bu toy üçün icazə alaraq yığmanın düşərgəsindən ayrılmışdı.












-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var

































