Region
Kadırov “dirilən” oğlu ilə şam yeməyində - Foto
Çeçenistan lideri Ramzan Kadırov Vismurat Əliyevlə birlikdə şam yeməyindən çəkilmiş videonu paylaşıb.
Publika.az xəbər verir ki, naharda region liderinin oğlu Adam Kadırov da iştirak edir. Kadırov onu salamlayır və "dirilən adam” adlandırır.
Ramzan Kadırov yazıb: "Əziz qardaşım, Çeçenistan Respublikası rəhbərinin köməkçisi Vismurat Əliyev və son şayiələrə baxmayaraq Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının "dirilən" katibi Adam Kadırovla gec şam yeməyi etdik".
Dünən Çeçenistan rəhbəri ilk dəfə olaraq Qroznıda Adam Kadırovun xəsarət aldığı iddia edilən yol-nəqliyyat hadisəsi ilə bağlı xəbərlərə münasibət bildirib. O, məlumatı süni intellekt tərəfindən yaradılan saxtakarlıq adlandırıb.

Müxalifətdəki “Niyso” Telegram kanalı və “Kavkaz.Realii” nəşri yanvar ayında Qroznıda baş verən yol qəzasında Adam Kadırovun xəsarət aldığını bildirib.
“Kavkaz.Realii” mənbəyinin məlumatına görə, Çeçenistan liderinin 18 yaşlı oğlunun idarə etdiyi avtomobil yüksək sürətlə idarəetməni itirib və maneəyə çırpılıb. Kadırovun avtomobilinin ardınca gələn kortejdəki nəqliyyat vasitələri bir-birinə çırpılıb. Qəzada xəsarət alanların ümumi sayı məlum deyil.
Nəşrin məlumatına görə, Adam Kadırov müalicə üçün təyyarə ilə Moskvaya aparılıb.
Tural
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi



































