İdman
Mbappe və Vinisius "Real"ın futbolçularına qonaqlıq verdi: Səbəb nədir?
“Real”ın liderlərindən olan Vinisius Junior və Kilian Mbappe İspaniya çempionatı və Çempionlar Liqasında mövsümün həlledici mərhələsi ərəfəsində komanda yoldaşlarını bir araya toplayıblar.
Publika.az xəbər verir ki, komanda üzvləri bu görüşü vəziyyəti yaxşılaşdırmaq və kollektiv daxilində daha sağlam atmosfer formalaşdırmaq baxımından vacib hesab ediblər. Restorana zədəli və əsas heyətdə az şans qazanan futbolçular da gəlib. Onlar kollektivdən kənarda saxlanılmayıb.
Lakin texniki heyət, agentlər və klub rəsmiləri yığıncağa dəvət almayıblar.
"Marca"-nın məlumatına görə, görüşü ilk tərk edən ukraynalı qapıçı Andrey Lunin olub. Mövsüm ərzində demək olar ki, az oyun praktikası qazansa da, o, rejiminə ciddi yanaşır və saat 23:00-dan əvvəl məkanı tərk edib. Onun ardınca Arda Gülər və Antonio Rüdiger də restorandan ayrılıblar.
Madrid təmsilçisini qarşıda “Real Sosyedad” və “Benfika” ilə çətin qarşılaşmalar gözləyir.
Heybət
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var



































