Nida Xəbər
Qərbi Azərbaycan İcması Avropa Parlamentinin bəyanatını pislədi
Qərbi Azərbaycan İcması Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanı "bütün erməni məhbusları"nı azad etməyə çağıran bəyanatını pisləyib.
Publika.az xəbər verir ki, İcmanın yaydığı bəyanatda qeyd olunub ki, bu çağırış Ermənistanın Azərbaycan ərazilərini işğalına, törətdiyi etnik təmizləməyə, hərbi cinayətlərə göz yumulması və təşviq edilməsi kimi qiymətləndirilir.
Bəyanatda bildirilib ki, ədalət təmin edilmədən sülhə nail olmaq mümkün deyil:
"Bu günlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş erməniəsilli şəxslər keçən əsrin sonlarından başlayaraq bütöv bir regionu sonsuz faciələrə, eləcə də biz qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasına düçar etmiş "miatsum" ideologiyasının daşıyıcıları və icraçılarıdır. Avropa Parlamentinin üzvləri suveren ölkənin daxili işlərinə qarışmaq, ona iftiralar atmaqdansa, yuxarıda qeyd edilən şəxslərin qanlı əməllərindən əziyyət çəkmiş qərbi azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir".
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik



































.jpg)


