Netanyahunun ofisində bomba xəbərdarlığı - Təhlükəsizlik qüvvələri hərəkətə keçdi
Bizi izləyin

Dünya

Netanyahunun ofisində bomba xəbərdarlığı - Təhlükəsizlik qüvvələri hərəkətə keçdi

İsrailin baş naziri Benyamin Netanyahunun Qərbi Qüdsdəki ofisində bomba xəbərdarlığı edilib.

Publika.az xəbər verir ki, bu barədə "Maariv" qəzeti məlumat yayıb.

Bildirilib ki, bu gün səhər Netanyahunun ofisinə şübhəli bağlama göndərilib. Bağlamanı araşdırmaq üçün məhkəmə-tibbi ekspertizası və bomba zərərsizləşdirmə mütəxəssisləri cəlb ediliblər.

Bununla yanaşı, bu gün Netanyahunun iqamətgahının yerləşdiyi bölgədə genişmiqyaslı təcili təlim keçiriləcək. Təlim zamanı ərazidə təhlükəsizlik qüvvələrinin, təcili yardım maşınlarının, helikopterlərin və dronların intensiv fəaliyyəti izləniləcək.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm