İdman
"Real" yayda bu 6 oyunçunu alacaq
Növbəti transfer pəncərəsində altı oyunçu “Real Madrid”ə qoşula bilər.
Publika.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Nəşrin məlumatına görə, İspaniya klubu icarədə yaxşı oyun sərgilədiyinə görə hücumçu Endrikin “Lion”dan geri qayıtmasını təmin edəcək.
Braziliyalı futbolçudan əlavə, “kral klubu” hazırda “Komo”da oynayan akademiya məzunu Niko Pazı da transfer etməyi düşünə bilər. “Real Madrid” həmçinin ikinci komandanın sağ cinah müdafiəçisi David Ximenes Korredoru, “AZ Alkmaar”ın yarımmüdafiəçisi Kees Smiti, ” Liverpul”dan İbrahima Konate və “Komo”dan Yakob Ramonu transfer etməyi də düşünə bilər.
Qeyd etmək lazımdır ki, ötən yay paytaxt klubu transferlərə 164,5 milyon avro xərcləyərək Din Heysen, Trent Aleksandr-Arnold, Alvaro Karreras və Franko Mastantuononu transfer etmişdi. Komanda hazırda La Liqanın turnir cədvəlində 57 xalla ikinci yerdədir və lider “Barselona”dan bir xal geri qalır.
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu




































