Sosial
Monqolustandan Azərbaycana 900 ton ət idxal edilib - Rəsmi
2025-ci ildə Azərbaycana Monqolustandan 3.6 milyon ABŞ dolları dəyərində 897 ton quzu və qoyun əti idxal edilib.
Publika.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, Monqolustandan ət idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 77% və, məbləğ baxımından isə 77.8% artıb. 2024-cü ildə ölkəyə 2 milyon 25 min ABŞ dolları dəyərində 506.4 ton qoyun və quzu əti idxal edilmişdi.
Hesabat dövründə Azərbaycana Monqolustandan gətirilən qoyun ətinin orta idxal qiyməti 6.8 manat təşkil edib.
Ötən il Azərbaycana Monqolustandan ümumi idxalın həcmi 4 milyon 15.9 min ABŞ dolları, Azərbaycandan Monqolustana ixracın həcmi isə 282.9 min ABŞ dollar təşkil edib.
Bu dövrdə Azərbaycandan Monqolustana əsasən şokolad və ondan hazırlanan məmulatlar, unlu qənnadı məhsullar, şirin quru peçenye, alma, armud və üzüm ixrac edilib.
-
Magazin120:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal










.jpg)












.jpg)













