İdman
"Yaralı kral" təhlükəlidir - Mourinyo
"Benfika"nın baş məşqçisi Jose Mourinho Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Real" ilə oyunlar barədə gözləntilərini bölüşüb.
Publika.az xəbər verir ki, o, bir vaxtlar çalışdırdığı Madrid klubunu "yaralı kral"a bənzədib:
"Şübhəsiz ki, çox çətin qarşıdurmadır. Biz hələ yalnız ilk matçı oynayacağıq. Anatoli Trubin bu dəfə "Eştadiu da Luş"da hücumda olmayacaq. Mən belə qarşılaşmalara öyrəşmişəm. Bunu bütün həyatım boyu etmişəm. İnsanlar tez-tez düşünür ki, ilk oyunda müəyyən səbəblərə görə konkret nəticə lazımdır. Mən isə hesab edirəm ki, yekun nəticə hələ yoxdur.
Biz ilk görüşü soyuqqanlılıq, ambisiya və özünə inamla oynayacağıq. Çempionlar Liqasının "krallar"ına qarşı nə etdiyimizi bilirik. Onlar yaralanıblar. "Yaralı kral" isə təhlükəlidir".
Xatırladaq ki, Liqa mərhələsinin son turunda "Benfika" öz meydanında "Real"ı 4:2 hesabı ilə məğlub etmişdi. Portuqaliya klubunu pley-offa çıxaran son qolu məhz qapıçı son dəqiqələrdə Trubin vurmuşdu.
Heybət
-
İdman15:40Messinin 50 milyonluq təyyarəsi: Onu xüsusi edən nədir? - FOTO
-
Rəsmi xronika15:03İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika14:48İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya14:44ABŞ-ın bu ştatı təşvişdə: İran dronlarının hücumuna hazırlaşırlar
-
Cənubi Qafqaz14:26Konstitusiyada Qarabağ olmayacaq, Qzoyan da buna görə istefa verəcək - Paşinyan
-
Nida Xəbər 13:34Nazir ona yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 12:54Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılacaq
-
Dünya11:50Şok hesabat: ABŞ kəşfiyyatı İranla bağlı həqiqəti açıqladı













.jpg)
.jpg)





















