İrana hücum bütün dünya üçün pis olacaq - Rusiyadan xəbərdarlıq
Bizi izləyin

Dünya

İrana hücum bütün dünya üçün pis olacaq - Rusiyadan xəbərdarlıq

İrana qarşı əlavə zərbələr bütün beynəlxalq ictimaiyyət üçün "pis nəticələrə" səbəb olacaq.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu xəbərdarlığı Rusiyanın xarici işlər naziri Sergey Lavrov edib.

"Nəticələr dəhşətlidir. Artıq İrana - MAQATE-nin nəzarəti altında olan nüvə obyektlərinə zərbələr endirilib", - deyə Lavrov "Əl-Ərəbiyyə" televiziyasına verdiyi müsahibədə vurğulayıb.

O qeyd edib ki, ABŞ və İsrailin 2025-ci ilin iyun ayında İrana hücumları "nüvə hadisəsi ilə bağlı real risklər" daşıyır.

"Hazırda iranlı həmkarlarımızın məlumatlarına əsasən, vəziyyət az-çox normaldır. Lakin nüvə obyektlərinə endirilən zərbələr iranlıları nüvə materiallarının fiziki qorunması barədə düşünməyə məcbur edib. Bir daha təkrar edirəm, bu obyektlər BAEA-nın nəzarəti altındadır və "toxunulmazdır", - deyə Rusiyanın XİN rəhbəri bildirib.

Lavrov həmçinin qeyd edib ki, "İranın nüvə sazişi" olan JCPOA-nın (yaxud, Birgə Hərtərəfli Fəaliyyət Planı) imzalanmasından sonra MAQATE-nin İranın fəaliyyətinə nəzarəti "görünməmiş" olub, lakin Tehran "heç vaxt Nüvə Silahlarının Yayılmaması Müqaviləsini və ya MAQATE ilə təminat sazişini pozmaqda yaxalanmayıb".

Rusiya xarici işlər naziri bildirib ki, "Bütün risklər və siyasi gərginlik ABŞ-ın JCPOA-nın tətbiqindən üç il sonra, 2018-ci ildə ondan çıxmasından sonra yaranıb".

Xatırladaq ki, JCPOA, İranla P5+1 (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) və Aİ arasında 2015-ci ildə bağlanmış və sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramını məhdudlaşdıran bir razılaşmadır. Dinc nüvə proqramını təmin etmək üçün hazırlanmış bu razılaşma, ABŞ-ın 2018-ci ildə geri çəkilməsi ilə nəticələnib və artan gərginlikdən sonra 18 oktyabr 2025-ci ildə rəsmi olaraq başa çatıb.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm