Dünya
Platformalara 48 saatlıq tələb: Bu şəkillər silinməlidir
Böyük Britaniya hökuməti qadın və uşaqların müdafiəsi məqsədilə yeni qanunvericilik təşəbbüsü irəli sürüb.
Publika.az xəbər verir ki, planlaşdırılan dəyişikliklərə əsasən, texnologiya platformaları razılıq olmadan paylaşılan şəxsi şəkilləri silinmə tələbindən sonra 48 saat ərzində aradan qaldırmalı olacaq.
Yeni qaydalara əməl etməyən şirkətlər illik gəlirlərinin 10 faizinə qədər cərimələnə və ya ölkə ərazisində fəaliyyətləri dayandırıla bilər.
Məlumata görə, qurbanlar yalnız bir dəfə müraciət etməklə həmin şəkillərin silinməsini tələb edə biləcəklər.
Böyük Britaniyada rəqəmsal yayım, radio, televiziya və çap mediasına nəzarət edən “Ofcom” razılıq olmadan paylaşılan şəxsi şəkillərə uşaq cinsi istismarı və terror məzmunu ilə eyni səviyyədə ciddi yanaşma tətbiq etməyi nəzərdən keçirir.
Həmçinin internet provayderlərinə bu tip materialların yerləşdirildiyi saytlara girişin bloklanması ilə bağlı təlimatlar hazırlanacaq.
Roza
-
Yaxın Şərq13:52Beş aydan sonra ilk dəfə olaraq Müctəba Xameneinin videosunu yaydılar - VİDEO
-
Yaxın Şərq13:12"Hörümçək" ləqəbli kəşfiyyat rəisinin yeri məlum oldu - Əsədin "sağ əli" idi
-
Ekologiya12:36Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
MDB12:19Dəhşətli qəza - 4 nəfər yanaraq öldü (VİDEO)
-
Digər12:09Dünya Çindən danışır - 1384 uçuşu ləğv etdilər
-
İdman11:49Minlərlə insan Fatimənin toyunu Ronaldonun toyu ilə səhv saldı
-
MDB09:54Ruslar rekord həddə ət yeyiblər
-
İdman09:00“Atletiko” dünya çempionunu 20 milyon avroya satdı























.jpg)








