Dünya
Nyu-Yorkda ilkə imza atıldı: Polislər Ramazan ayının başlanmasını qeyd etdilər
ABŞ-ın Nyu-York ştatında müsəlman polis zabitləri Ramazan ayının başlamasını tədbir keçirərək qeyd ediblər.
Publika.az xəbər verir ki, Nyu-York polis departamentinin zabitlərindən ibarət Müsəlman Polis Zabitləri Assosiasiyası tərəfindən təşkil edilən tədbir Manhettendəki polis bölməsində baş tutub.
Bildirilir ki, tədbir departamentdə xidmət edən 3 mindən çox müsəlman polis zabitinin cəmiyyətlə əlaqələrini gücləndirmək və Ramazanın mənəvi mənasına diqqət çəkmək üçün təşkil edilib.
Quran oxunan və dualar edilən tədbirdə müxtəlif dini qrupların üzvləri ilə yanaşı, Nyu-York polis departamentinin yüksək vəzifəli şəxsləri də iştirak edib.
Bundan əlavə, tədbirdə Ramazan ayının başlanğıcını simvolizə edən aypara formalı maket işıqlandırılıb.
Bununla da, müsəlman polis zabitləri 1845-ci ildə qurulan departamentin 180 illik tarixində bir ilkə imza atıblar.
Roza
-
Region18:40SEPAH generalının qızı ilə bağlı qalmaqal - Video
-
ABŞ16:52Bu ölkələrin liderləri Trampın tədbirində çırtıq çalıb oxudular - Video
-
Rəsmi xronika16:48Azərbaycanda bu qurumlar birləşdirilir - Fərman
-
Dünya16:09Real güzəştlərə hazırıq - Zelenski təslim olur?
-
İqtisadi gündəm15:24Minik avtomobillərinin ən baha olduğu ölkələr: Rusiyada 4 ildə qiymət bu qədər artıb
-
Nida Xəbər 14:24Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - Yeni detallar
-
Magazin213:54Kardaşyan izləyicilərini heyran etdi: Yenə soyundu - Fotolar
-
Magazin113:48Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı


































