Ruslar üçün kabus ölkə: Daha bir biznesmen Kiprdə öldü
Bizi izləyin

Dünya

Ruslar üçün kabus ölkə: Daha bir biznesmen Kiprdə öldü

Permdəki böyük İT şirkətinin keçmiş top meneceri Valentin Jivilov Kiprdə qəfildən vəfat edib.

Publika.az xəbər verir ki, onun ölümü barədə məlumat fevralın 19-da yayılıb və mərhumun tanışı “Properm.ru” saytına məlumatı təsdiqləyib.

İlkin məlumatlara görə, ölümün səbəbi ürək problemləri olub.

Valentin Jivilov Permdə proqram təminatı hazırlayan şirkətin idarəetmə qrupunun üzvü idi. Son on il ərzində onun həyatı İT sektoru ilə sıx bağlı olub və bir neçə startapın həmtəsisçisi olub. Dostları Jivilovu şən və xoşbəxt bir insan kimi xatırlayırlar. Ailəsi hazırda onun cənazəsinin daşınması üçün logistika üzərində işləyir. Dəfn mərasimi Moskvada keçiriləcək.

Bundan əvvəl “Uralkaliya”nın keçmiş rəhbəri Vladislav Baumgertner Kiprdə vəfat etmişdi.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm