Sosial
10 şagird qarğıdalı çubuqlarından zəhərlənibmiş - Rəsmi açıqlama
Göygöldə 10 şagirdin zəhərlənməsinə səbəb olan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Qeyd olunub ki, Göygöl rayonunun Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məktəbin bufetində, daha sonra isə uşaqların qəbul etdiyi "Elcan" əmtəə nişanlı qarğıdalı çubuqlarının emal olunduğu müəssisədə yoxlama tədbirləri həyata keçirilib.
Məktəb bufetində aparılan baxış zamanı eyni adlı məhsulların bir qisminin üzərində etiket məlumatlarının aydın və oxunaqlı şəkildə qeyd edilmədiyi, bəzi məhsulların isə son istifadə tarixinin bitməsinə baxmayaraq satış stendində saxlanıldığı müəyyən edilib.
Aşkar olunmuş uyğunsuzluqlar nəzərə alınaraq məktəb bufetinin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Qarğıdalı çubuqlarının istehsalı ilə məşğul olan müəssisəyə baxış zamanı isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkar olunub.
Bununla yanaşı, xammalın saxlanılması, məhsulun emalı, qablaşdırılması və digər proseslərin sanitar-gigiyenik tələblərə riayət edilmədən eyni sahədə həyata keçirildiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, çirkli və paslanmış avadanlıqların qida məhsulları ilə birgə saxlanıldığı, istehsal zamanı texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi müəyyən olunub.
Yoxlama zamanı istehsal prosesində mənşəyi məlum olmayan qida əlavələrindən və rəngləyicilərdən istifadə edildiyi də aşkar edilib.
Aşkar olunmuş pozuntularla əlaqədar olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılmış, rəhbəri barəsində inzibati protokol tərtib edilərək qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə qarğıdalı çubuqlarından, eləcə də istehsal prosesində istifadə edilən xammallardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Hazırda araşdırmaların davam etdirildiyi bildirilib.
-
Region18:40SEPAH generalının qızı ilə bağlı qalmaqal - Video
-
Sosial18:2010 şagird qarğıdalı çubuqlarından zəhərlənibmiş - Rəsmi açıqlama
-
ABŞ16:52Bu ölkələrin liderləri Trampın tədbirində çırtıq çalıb oxudular - Video
-
Rəsmi xronika16:48Azərbaycanda bu qurumlar birləşdirilir - Fərman
-
Dünya16:09Real güzəştlərə hazırıq - Zelenski təslim olur?
-
İqtisadi gündəm15:24Minik avtomobillərinin ən baha olduğu ölkələr: Rusiyada 4 ildə qiymət bu qədər artıb
-
Nida Xəbər 14:24Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - Yeni detallar
-
Magazin213:54Kardaşyan izləyicilərini heyran etdi: Yenə soyundu - Fotolar












.jpg)
.jpg)

.jpg)





















