Keçmiş həyat yoldaşını boğaraq öldürdü
Bizi izləyin

Dünya

Keçmiş həyat yoldaşını boğaraq öldürdü

Türkiyənin Antalya şəhərində keçmiş həyat yoldaşını boğaraq öldürən şəxs həbs olunub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən ilin sentyabrında Muratpaşa rayonunda baş verib.

Məlumata görə, 32 yaşlı Hızır Çelik keçmiş həyat yoldaşı Hanım Biçerin evinə gedib və onu şərflə boğaraq öldürüb. Daha sonra qadının telefonunu oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

Təhlükəsizlik kameralarında ikilinin bir evə girdiyi, bir müddət sonra Çelikin əlində çanta ilə tək çıxaraq ərazidən getdiyi görünür.

Şübhəli ifadəsində mübahisə etdiklərini və hadisəni qəsdən törətmədiyini bildirib.

Baş Prokurorluq tərəfindən hazırlanan ittihamnamədə şübhəli “qəsdən adam öldürmə” və “oğurluq” maddələri ilə ittiham olunur.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm