Dünya
İran Trampı Gebbelsə bənzətdi: Şeytani dezinformasiya…
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamalarını tənqid edib.
Publika.az İran mediasına istinadən xəbər verir ki, Bəqayi Trampı yalanları təkrarlamaqda günahlandırıb.
O, Nasist Partiyasının lideri və Adolf Hitlerin ən yaxın silahdaşı, təşviqat naziri olmuş Yozef Gebbelsin "Yalan iddianı doğru görünənə qədər təkrarlayın" sözlərini xatırladıb:
"Peşəkar yalançılar yalan reallığı yaratmaqda xüsusi təcrübəyə malikdirlər. Bu qayda bu gün ABŞ hökuməti və onun müharibə qızışdırıcıları, xüsusən də İsrail tərəfindən İran xalqına qarşı şeytani dezinformasiya kampaniyasında sistematik şəkildə istifadə olunur. İranın nüvə proqramı, qitələrarası ballistik raketlər və yanvar hadisələrində ölənlərin sayı ilə bağlı irəli sürülən iddialar böyük yalanların təkrarlanmasından başqa bir şey deyil. Heç kim bu cür yalanlara aldanmamalıdır".
Qeyd edək ki, ABŞ lideri Donald Tramp İranın, Avropanı və Birləşmiş Ştatların xaricdəki bazalarını təhdid edə biləcək raketlər hazırladığını iddia edib. İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini bildirən Tramp İrandakı etirazlarda 32 min insanın öldüyünü iddia edib.
Roza
-
Dünya16:54İran hava məkanını bağladı - Azərbaycanla sərhəddə və...
-
Nida Xəbər 15:52Zakir Həsənov polkovnikin vəzifəsini dəyişdirdi
-
İdman15:16Xanım jurnalist "Qarabağ"ın oyununda niyə ayaqyalın olub? - Foto
-
Magazin114:40Vəfat etdiyi gün bacısı qızı Roza Cəlilovanın evini soydu
-
Nida Xəbər 13:14Ramiz Mehdiyevlə bağlı iclas: Alimlər hamısı yatır - FOTO
-
İqtisadi gündəm12:42Şad xəbər: Azərbaycanda minimum əməkhaqqı artırılacaq
-
Dünya12:12Ukrayna Rusiyanın bu obyektini vurub, bəs ABŞ niyə nota verib? - Sensasion fakt açıqlandı
-
Nida Xəbər 11:43Baş nazir ona yüksək vəzifə verdi - FOTO































.jpg)


