Dəhşətli ailə faciəsi: Futbolçu anasını komaya saldı, sonra intihar etdi - Fotolar
Bizi izləyin

İdman

Dəhşətli ailə faciəsi: Futbolçu anasını komaya saldı, sonra intihar etdi - Fotolar

İtaliyada gənc futbolçu mübahisədən sonra anasını amansızcasına döyərək komaya salıb, sonra isə dənizə atlayıb.

Publika.az xəbər verir ki, 20 yaşlı Rikkardo Merkuri doğum günündə evdə anası Albana Kastriot ilə nahar edən zaman onlar arasında mübahisə yaranıb, qonşular qışqırıqları eşidib polis çağırıblar. Qadın üzündə ciddi xəsarətlər və çənə sınığı ilə hamamda şüursuz vəziyyətdə tapılıb. O, komadadır, vəziyyəti ağırdır, amma həyatı üçün təhlükə yoxdur.

Rikkardo isə anasını öldürdüyünü düşündüyü üçün Çivitanova-Marke şəhərinə gedərək özünü dənizə atıb. Kameralar anı qeydə alıb. 38 saatlıq axtarışdan sonra dalğıclar onun cəsədini tapıblar.

Futbolçunun atası faciəvi hadisə ilə bağlı "heç nə deməməyi üstün tutardım", - deyə bildirib.

Merkuri "Montemilone Pollenza" həvəskar klubunda çıxış edirdi. Klub hələlik faciəyə münasibət bildirməyib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm