Dünya
Bu ölkələr İran neftini yenidən talamaq istəyir - Zaxarova
Rusiya Qərb dövlətlərini İrana qarşı keçmişdə olduğu kimi, xüsusilə ölkənin neft yataqlarını istismar etmək məqsədi güdən siyasət yürütməkdə ittiham edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyanat yayıb.
O iddia edib ki, Amerika və Britaniya şirkətləri 1946-cı ildə İranın neft yataqlarını talan etməyə çalışıblar və bu vəziyyət indi də davam edir.
Zaxarova, Qərbin o zaman öz şantaj gündəmi çərçivəsində İran hökumətinə qeyri-məhdud həcmdə neft hasil etməsi üçün təzyiq göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, İran ətrafında mövcud vəziyyət 80 il əvvəlki ilə eynidir, sadəcə qlobal xarici siyasət mühitində əsaslı dəyişiklik baş verib.
İrana və digər ölkələrə qarşı təhdidlərə toxunan Zaxarova qeyd edib ki, Qərb ölkələri müstəmləkəçilik yolu ilə əldə etdikləri üstünlüklərdən imtina etmək istəmirlər, çünki hakimiyyətlərini qorumaq üçün bu təcrübələrə alışıblar.
Zaxarova, həmçinin Qərbi Asiya bölgəsində gərginliyin artmasına görə ABŞ-ı günahlandırıb və bildirib ki, dünya İrana qarşı davamlı təhdidlərin və güc nümayişinin şahididir.
Roza
-
Hadisə16:18Azərbaycanda ard-arda zəlzələ oldu - Yeniləndi
-
Rəsmi xronika15:23Prezident Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşdü - Fotolar/Yeniləndi
-
Nida Xəbər 14:28AMEA-nın rəsmi saytında paylaşılan alimin yazısı “ChatGPT” məhsulu çıxdı - FOTOLAR
-
Rəsmi xronika13:43İlham Əliyev fərman imzaladı
-
Nəqliyyat13:24Yeni qaydalar çox sərt olacaq - Bu hərəkətləri edənlər sürücülük vəsiqələrini itirəcəklər
-
Magazin113:08Tolikdən sonra Zaurun da verilişi DAYANDIRILIB? - Video
-
Magazin212:48Sarkozinin qızı soyundu, aləm qarışdı - Foto
-
Magazin111:42Tolik qərarını verdi: "Bu gün sizinlə vidalaşıram" - VİDEO




























.jpg)





