"Qanuni oğru"nun oğlunun cəsədi bu adada tapıldı: Çeçenlər qaçırmışdı
Bizi izləyin

Dünya

"Qanuni oğru"nun oğlunun cəsədi bu adada tapıldı: Çeçenlər qaçırmışdı

İndoneziyanın Bali adasında yerli sakinlər insan bədəninin hissələrini aşkar ediblər. İlkin ehtimallara görə, qalıqlar Ukrayna vətəndaşı İqor Komarova - kriminal avtoritet Serqey Komarovun oğluna məxsus ola bilər.

Publika.az xəbər verir ki, bu barədə "Kumparan News" məlumat yayıb.

Qeyd edək ki, fevralın 26-da tapılan qalıqların üzərində döymə var ki, bu da oğurlanmış İqor Komarovun təsviri ilə üst-üstə düşə bilər. Polis qalıqların kimə məxsus olduğunu DNT analizindən sonra elan edəcək.

Xatırladaq ki, fevralın 20-də Ukraynanın "Rakurs" nəşri İqor Komarov və Yermak Petrovskinin oğurlandığını xəbər verib. Cinayətin Çeçenistandan olan naməlum şəxslər tərəfindən törədildiyi iddia edilir. Petrovski qaçmağa müvəffəq olub, Komarov isə əsir qalıb. Sosial şəbəkələrdə yayılan videoda Komarov üçün 10 milyon dollar tələb edildiyi bildirilir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm