Sosial
Unibank Şirvanda yeni filialını açıb - FOTO
Azərbaycanın aparıcı banklarından olan "Unibank" KB ASC bölgələrdə müştərilərə daha yaxın olmaq və onlara keyfiyyətli maliyyə xidmətləri təqdim etmək məqsədilə daha bir filialını müştərilərin istifadəsinə verib.
Publika.az xəbər verir ki, yeni filial Şirvan və ətraf rayonların sakinləri, eləcə də sahibkarlar üçün bütün əsas bank xidmətlərini təqdim edir. Burada müştərilərə kassa-hesablaşma əməliyyatları, biznes və pərakəndə kreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların buraxılması, nağd valyuta əməliyyatları və digər bank xidmətləri göstərilir.
Filial yeni konsept əsasında qurulub və yüksək xidmət standartları ilə fəaliyyət göstərir. Müştərilərin rahatlığı üçün filialın qarşısında 24/7 rejimində çalışan UTM və ödəmə terminalları quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə günün istənilən vaxtı mədaxil-məxaric əməliyyatlarını, ödənişləri və digər bank xidmətlərini sürətli və rahat şəkildə həyata keçirmək mümkündür.
“Unibank”ın “Şirvan” filialı həftənin 5 günü müştərilərə xidmət edir.
"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bəzi filiallar isə həftənin şənbə günü də saat 10.00-dan 15.00-dək müştərilərin xidmətindədir.
"Unibank" – Sənin Bankın!
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin




















.png)















