İdman
"Siti" ona görə 80 milyondan keçməyə hazırdır
"Nyukasl" klubunun cinah müdafiəçisi Tino Livramento karyerasını "Mançester Siti"də davam etdirə bilər.
Publika.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "şəhərlilər" 23 yaşlı futbolçunun transferi üçün təxminən 80 milyon avro ayırmağa hazırdır. Həmçinin qeyd olunur ki, "sağsağanlar" onunla müqavilənin uzadılması ilə bağlı danışıqlarda irəliləyiş əldə edə bilməyib.
Livramento 2023-cü ildən "Nyukasl"ın formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 19 matçda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. İngilis futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalına görə, onun bazar dəyəri 40 milyon avro təşkil edir.
Heybət
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər



























.png)


.jpg)




