Dünya
Liviya sahilindən pilotsuz qayıqlar buraxıldı, Rusiya gəmisi vuruldu – 30 dənizçi...
Rusiyanın qaz daşıyıcısı olan “Arctic Metagaz” gəmisi Aralıq dənizində hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyi hücumu təsdiqləyib. Nazirliyin məlumatına görə, hücum 3 martda Malta ərazi suları yaxınlığında baş verib. Gəmidə 30 heyət üzvü olub və hamısı Rusiya vətəndaşıdır.
Hücum pilotsuz qayıqlar tərəfindən həyata keçirilib.
Nazirlik bildirib ki, gəmi Murmanskdan beynəlxalq qaydalara uyğun olaraq rəsmiləşdirilmiş yüklə hərəkət edirmiş. Agentliyin məlumatına görə, hücum Liviya sahillərindən pilotsuz qayıqlardan istifadə etməklə həyata keçirilib.
Bəyanatda Rusiya və Malta xidmətlərinin birgə işi sayəsində "Rusiya vətəndaşları olan 30 ekipaj üzvünün hamısının xilas edildiyi" vurğulanıb.
“Biz hadisəni beynəlxalq terrorizm və dəniz piratçılığı aktı, beynəlxalq dəniz hüququnun fundamental normalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk”, - nazirliyin açıqlamasında deyilir.
Rusiya Nəqliyyat Nazirliyi beynəlxalq ictimaiyyəti hadisəni qiymətləndirməyə çağırıb.
Tural
-
Region17:55Ölüm xəbəri yayılan Əhmədinejad ictimaiyyət qarşısına çıxdı - Foto
-
Yaxın Şərq17:06İranın nüvə obyektlərində son vəziyyət: Sızma riski var?
-
Sosial16:14İrandan atılan raketi Türkiyə zərərsizləşdirdi
-
Rəsmi xronika15:45İlham Əliyev fərman imzaladı
-
İdman15:40PSJ-nin qapıçısı Azərbaycana gəlir? - "Sabah"dan açıqlama
-
Rəsmi xronika15:17Fərid Bağırzadə nazir təyin edildi
-
Dünya14:51Xamenei ilə vida mərasimi ləğv edildi - Yeniləndi
-
Rəsmi xronika13:09İlham Əliyev sərəncam imzaladı











.jpg)


















.jpg)






