İdman
Azərbaycanda klub prezidenti paltardəyişmə otağına girdi - Futbolçuları söydü
Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Zirə"yə məğlub olan "Sumqayıt"da işlər qaydasında deyil.
Publika.az "Rekord.az"a istinadən xəbər verir ki, dünən rəqibinə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran "kimyaçılar", 3 aydır davam edən qələbəsizlik seriyasını dayandıra bilmir. Bu durum klub rəhbərliyinin də səbr kasasını daşırıb.
Belə ki, dünənki matçdan sonra paltardəyişmə otağına daxil olan klub prezidenti Riad Rəfiyev komandanı ciddi tənbeh edib. Əldə etdiyimiz məlumata görə, o, emosional danışıb, hətta təhqirə keçərək oyunçuları işə məsuliyyətsiz yanaşmaqda, kluba, azarkeşlərə, camiəyə hörmətsizlik etməkdə ittiham edib. Rəfiyev futbolçuların heç bir maddi problem yaşamadıqları, məşq və yaşayış şəraitləri baxımından ən yaxşı imkanlara malik olduqlarını xatırladıb, bunun müqabilində ortaya qoyulan performansın bərbad olduğunu deyib.
Prezident qələbə bir yana qalsın, matçda rəqib qapısına zərbə endirə bilinməməsinin, hətta meydanın mərkəzini keçməkdə çətinlik çəkilməsinin qəbuledilməz olduğunu bildirib. Onun ağır ifadələr işlətdiyi, söyüşə keçdiyi nitqi bir neçə dəqiqə çəkib.
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı





























.png)


.jpg)



