İdman
"Liverpul" ÇL-dən kənarda qalsa, neçə milyon itirəcək?
"Vulverhempton"a 1:2 hesablı məğlubiyyət fonunda "Liverpul"un İngiltərə Premyer Liqasında "ilk beşliy"i tərk etməsi komandanın Avropanın ən nüfuzlu klub turnirinə vəsiqə qazanmaq ümidlərinə ciddi zərbə vurub.
Publika.az xəbər verir ki, bu vəziyyət klub üçün ciddi maliyyə itkiləri ilə nəticələnə bilər. Çempionlar Liqasında iştirakla Avropa Liqasında çıxış arasındakı fərq təxminən 120 milyon funtdur. Bu barədə BBC məlumat yayıb.
Ötən mövsüm "Liverpul" Çempionlar Liqasının 1/8 finalına yüksəldiyi üçün UEFA mükafatlarından 85,3 milyon funt qazanıb. 2023/24 mövsümündə isə "qırmızılar" Avropa Liqasının 1/4 finalında mübarizəni dayandıraraq 23,3 milyon funt əldə edib.
Mükafat pullarından əlavə, oyun günlərində əldə olunan gəlirlər və kommersiya gəlirləri də təsirlənə bilər. Çünki əsas sponsor müqavilələrinin bəzilərində Çempionlar Liqasında iştirakla bağlı bonus maddələri yer alır.
Buna baxmayaraq, "Liverpul"un maliyyə vəziyyətinin kifayət qədər güclü olduğu və Çempionlar Liqasından bir mövsüm kənarda qalmağın klub üçün fəlakətli nəticə yaratmayacağı qeyd olunur.
Heybət
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video


























.png)


.jpg)



