Dünya
Hörmüz boğazının taleyi: İran kompensasiya tələb edir
Maliyyə məsələsi həll olunmasa, Hörmüz boğazı bir neçə ay bağlı qalacaq.
Publika.az "Al Jazeera"-yə istinadən xəbər verir ki, bunu Tehran Universitetinin professoru Fuad İzzədi deyib.
Onun sözlərinə görə, dünya neft yükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının bağlanması İranın müharibədəki ən güclü silahlarından biridir.
İzzədi boğazın bağlanmasının İranın qlobal mövqeyinə zərər verə biləcəyi ilə bağlı narahatlıqları rədd edib:
"İran populyarlıq axtarmır, sərhədlərinin toxunulmaz qalmasını təmin etmək istəyir. Tehrana və bölgədəki digər ölkələrə dəyən iqtisadi zərər ödənilməlidir. İran son 12 gündə milyardlarla dollar zərər çəkib. İran hökumətini dəyişdirmək xəyaldır”.
Professor həmçinin İrana kompensasiya ödənilənə qədər Hörmüz boğazının bağlı qala biləcəyi barədə xəbərdarlıq edib.
Roza
-
Rəsmi xronika15:58İlham Əliyev fərman imzaladı
-
Dünya15:20Vaşinqtonda heykəl peyda oldu: Tramp və Epşteyn "Titanik"-də - Foto
-
İdman13:24Neymar yenə qalmaqal yaratdı: Bu modeli "bəyənməsi" başına bəla oldu - FOTOLAR
-
Nida Xəbər 13:12Hərbçilərə ŞAD XƏBƏR - Maaşlar artırıldı
-
Dünya11:17İsrail "Türkiyə yeni İrandır" dedi, ortalıq qarışdı - ABŞ-dan xəbərdarlıq gəldi
-
Yaxın Şərq10:46Müctəba Xamenei necə və nə vaxt yaralanıb? - ABŞ detalları açıqladı
-
Yaxın Şərq09:58Ümid edirik ki, ABŞ mesajı başa düşdü: İran bu gəmini “yaraladığını” iddia edir
-
MDB09:16Təyyarə təcili qəza siqnalı verdi, aeroporta qayıdır: Hava limanında hazırlıq görülür























.jpg)









