İdman
“Qalatasaray” azarkeşləri Osimheni belə ağlatdılar - Video
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”a qarşı oyununda azarkeşlərin çıxışı zamanı göz yaşlarına boğulub.
Publika.az xəbər verir ki, azarkeşlər nigeriyalı futbolçuya futbol karyerasının başlanğıcını xatırladan pankart həsr ediblər. Azarkeşlərin tribunada qurduqları tamaşada “Qalatasaray” forması geyinmiş Osimhen zibillikdə olan uşaq Osimhenin əlindən tutaraq aparır.
Nigeriyalı əvvəllər uşaqlığının Laqosdakı Olusosun adlı gecəqondu məhəlləsində keçdiyini demişdi. O, hər gün ora 10.000 ton zibil atıldığını və yerli sakinlərin zibillikdən çıxan əşyaları bazarda satdığını izah etmişdi. Osimhen həmçinin ilk futbol butslarını orada tapdığını da etiraf edib.
Azarkeşlərin bu performansı Osimheni təsirləndirib və o, göz yaşlarını saxlaya bilməyib.
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial4 May 18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial4 May 16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial4 May 16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz4 May 15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir





























.png)


.jpg)



