Yaxın Şərq müharibəsinin kölgəsində: İsrailin "gizli baza planı" üzə çıxdı
Bizi izləyin

Dünya

Yaxın Şərq müharibəsinin kölgəsində: İsrailin "gizli baza planı" üzə çıxdı

ABŞ, İsrail və İran arasındakı müharibə davam edərkən, İsrailin Qırmızı dənizdə yeni hərbi baza quracağı iddiası bölgədəki güc balansını yenidən ön plana çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Bildirilib ki, İsrailin dekabr ayında Somalilend administrasiyasını tanıması bölgədə diplomatik mübahisələrə səbəb olub və tənqidlərlə qarşılanıb. İsrail bu addımı ataraq tərəflər arasında təhlükəsizlik sahəsində daha əhatəli əməkdaşlıq axtarışını gündəmə gətirdiyini açıqlayıb.

Lakin iddialara görə, İsrail Yəməndə fəaliyyət göstərən İran tərəfindən dəstəklənən Husilərə qarşı hücum qabiliyyətini artırmaq üçün Ədən körfəzi sahilindəki Somalilenddə gizli bir hərbi baza yaratmaq planı üzərində işləyir.

Bazanın açıq hərbi obyekt kimi deyil, gizli baza kimi qurula biləcəyi də irəli sürülür. Qurularsa, raket atışlarını aşkarlaya bilən erkən xəbərdarlıq sistemlərinin və pilotsuz uçuş aparatlarının bura yerləşdiriləcəyi qeyd olunub.

Məlumata görə, planın açıqlanması region ölkələrində narahatlığa səbəb olub. Bəzi ölkələrin, xüsusən də Misir və Efiopiyanın hadisələri yaxından izlədiyi bildirilir. Digər tərəfdən, İran Yəmən sərhədi yaxınlığında yeni hərbi bazanın yaradılmasının bölgədə gərginliyi artıra biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Somalilendin Ədən körfəzi və Bab əl-Məndəb boğazına yaxınlığı planı strateji cəhətdən əhəmiyyətli edir. Bu marşrut Qırmızı dənizlə Hind okeanı arasında ən vacib dəniz keçidlərindən biri hesab olunur.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm