Bu ölkə İsraildəki səfirini geri çağırdı
Bizi izləyin

Dünya

Bu ölkə İsraildəki səfirini geri çağırdı

İspaniya Yaxın Şərq münaqişəsi fonunda İsraildəki səfirini geri çağırıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Ana Mariya Salomon Peresə göstərdiyi xidmətlərə görə təşəkkür edərik və onu İspaniyanın İsraildəki səfiri vəzifəsindən azad edirik”, - bəyanatda qeyd olunub.

Müvafiq qərar İspaniyanın xarici işlər naziri Xose Manuel Albarezin təklifi əsasında qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl İspaniyanın Baş naziri Pedro Sançes ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını pisləyib. Həmçinin İspaniya amerikalıların İrana hücum üçün öz hərbi bazalarından istifadə etməsini qadağan edib və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus tanker təyyarələrini ölkədən çıxarıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm