İdman
"Bayern"in ulduzundan şok qərar: 25 yaşında karyerasını başa vura bilər
“Bayern”in müdafiəçisi Alfonso Devis karyerasını erkən başa vura bilər.
Publika.az xəbər verir ki, bu barədə “TopSkills Sports UK” nəşri məlumat yayıb.
Kanadalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta”ya qarşı keçirilən və Münhen klubunun 6:1 hesablı qələbəsi ilə başa çatan oyunda aldığı zədədən sonra karyerasını bitirmək variantını ciddi şəkildə nəzərdən keçirir.
Bildirilir ki, Devis budun arxa səthinin əzələsində yırtıq alıb. “Bayern” rəhbərliyi isə futbolçunu bu qərardan çəkindirməyə çalışır.
Əgər futbolçu buna baxmayaraq karyerasını başa vurmaq qərarı versə, Münhen klubu onun komandaya sədaqətini nəzərə alaraq xüsusi vəzifə təklif etməyə hazırdır.
Qeyd edək ki, Alfonso Devis cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə 13 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı futbolçunun klubla müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.
Heybət
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər


















.jpg)










.png)


.jpg)




