İrandan kritik açıqlama gəldi: Neftin qiyməti 200 dollar olacaq?
Bizi izləyin

Dünya

İrandan kritik açıqlama gəldi: Neftin qiyməti 200 dollar olacaq?

İran ABŞ, İsrail və tərəfdaşlarına neftin çatmasına icazə verməyəcək.

Publika.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının rəsmisi İbrahim Zülfüqari deyib.

O bildirib ki, İran yalnız “qarşılıqlı zərbələr” strategiyasından davamlı zərbələr endirmə strategiyasına keçəcək və ABŞ artıq neft qiymətlərinə nəzarət edə bilməyəcək.

“ABŞ-a, sionistlərə və onların tərəfdaşlarına bir litr belə neftin çatmasına icazə verməyəcəyik. Onlara doğru gedən hər bir gəmi və ya tanker legitim hədəf sayılacaq. Neftin bir barelinin 200 dollara çatmasına hazır olun, çünki neftin qiyməti regional təhlükəsizlikdən asılıdır və siz bu təhlükəsizliyi pozmusunuz”, - deyə o qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm