Dünya
"Həyat sığortası yoxdur" - Netanyahudan Müctəbaya xəbərdarlıq
İsrailin baş naziri Benyamin Netanyahu İranın yeni ali lideri Müctəba Xameneini sərt şəkildə tənqid edib.
Publika.az İsrail mediasına istinadən xəbər verir ki, Netanyahu, İsrail və ABŞ-ın birgə hərbi kampaniyasının gözləniləndən daha sürətli irəlilədiyini və İranı əhəmiyyətli dərəcədə zəiflətdiyini bildirib.
O, həmçinin İranın yeni ali liderini ələ salaraq, onu İslam İnqilabı Keşikçiləri Korpusunun "kuklası" adlandırıb və üzünü ictimaiyyətə göstərə bilmədiyini iddia edib.
Netanyahudan Müctəba Xameneini hədəf alıb-almayacağı soruşulduqda, "Terror təşkilatlarının heç bir liderinə həyat sığortası verməzdim" cavabını verib.
O, İrana qarşı hərbi kampaniyanı müdafiə edərək, zərbələrin Tehranın nüvə silahları və uzaqmənzilli raketlər hazırlamasını dayandırmaq üçün lazım olduğunu söyləyib.
Roza
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE
-
İKT14 Aprel 19:36Qaban ovlayan robot internet ulduzuna çevrildi - VİDEO
-
Kriminal14 Aprel 19:12Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU YAYILDI




































